Latviya Baş naziri: "Müharibə Ukraynanın qələbəs ilə bitəcək"
![Latviya Baş naziri: "Müharibə Ukraynanın qələbəs ilə bitəcək" Latviya Baş naziri: "Müharibə Ukraynanın qələbəs ilə bitəcək"](https://azvision.az/photos/2023/03/latviya-1677957130.jpg)
“Bizdə onlar (qırıcılar – red.) olsaydı, biz də verərdik. Döyüş təyyarələrinin tədarükü an məsələsidir. Mən Qərbin qırıcıları verməməsi üçün heç bir səbəb görmürəm. Əgər ukraynalıların qırıcılara ehtiyacı varsa, onlar lazımdır. Onlar dəfələrlə sübut ediblər ki, yeni texnikalarla işləməyi tez öyrənirlər”, - Karinş bildirib.
Latviyanın Baş naziri deyib ki, müharibə Ukraynanın qələbəsi və müvafiq olaraq Rusiyanın da məğlubiyyəti ilə başa çatmalıdır.
“Bəli, birilərinin qələbəsi digərlərinin məğlubiyyətidir. Bu qələbənin necə görünəcəyini ukraynalılar özləri qərar verəcək. Bizim vəzifəmiz onlara məqsədlərinə çatmaqda kömək etməkdir. Biz, latviyalılar, onlara “Stinger” raketləri, özüyeriyən haubitsalar, helikopterlər, formalar və dərmanlar verirdik. Əgər tanklarımız olsaydı, onlarla da təmin edərdik”, - o bildirib.
AzVision.az