Mark Milli Suriyadakı ABŞ bazasına gizli səfər edib

Mark Milli Suriyadakı ABŞ bazasına gizli səfər edib
  04 Mart 2023    Oxunub:1304
ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ölkəsinin Suriyadakı hərbi bazasına səfər edib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, səfər elan olunmamışdı.

Agentliyin məlumatına görə, M. Milli səfər çərçivəsində ABŞ-nin Suriyadakı terror qruplaşmalarına qarşı mübarizədə uzunmüddətli səylərini, həmçinin Ərəb Respublikasında amerikalı hərbçilərin müdafiəsi tədbirlərini qiymətləndirməyi planlaşdırır.

O, həmçinin ABŞ-nin Suriyadakı hərbi missiyasının önəmini qeyd edib və bildirib ki, ABŞ və onun Suriya kürdləri timsalında müttəfiqləri İŞİD üzərində qələbə çalmaqda irəliləyiş əldə edirlər.

AzVision.az



Teqlər: ABŞ   Suriya  





Xəbər lenti