ABŞ Ukraynaya "Stryker"lər yollayıb

ABŞ Ukraynaya "Stryker"lər yollayıb
  04 Mart 2023    Oxunub:1097
ABŞ-ın Ukraynaya hərbi yardım çərçivəsində göndərdiyi 90 ədəd "Stryker" döyüş maşını artıq Almaniyaya çatıb.
AzVision.az xəbər verir ki, bu haqda məlumat ABŞ Hərbi Vəqfinin (The Military Foundation) rəsmi saytında dərc edilib.

Qeyd olunub ki, döyüş maşınları Almaniyadan Ukraynadakı cəbhəyə göndəriləcək.

“Stryker” döyüş maşınlarının təyinatı piyadaları əks-hücum üçün atəş xəttinə çatdırmaq və düşmənin zirehli texnikasını məhv etməkdir.

Bu döyüş texnikası tank kimi güclü olmasa da, piyadaların döyüş maşınlarından daha üstündür.

AzVision.az



Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti