Rusiyanın raket hücumu nəticəsində Zaporojyedə ölənlərin sayı 11-ə çatıb
![Rusiyanın raket hücumu nəticəsində Zaporojyedə ölənlərin sayı 11-ə çatıb Rusiyanın raket hücumu nəticəsində Zaporojyedə ölənlərin sayı 11-ə çatıb](https://azvision.az/photos/2023/03/zapi-1677951944.jpg)
Məlumata görə, ölənlərdən biri körpədir. Daha öncə səkkizaylıq qızın ailəsi ilə birgə həlak olduğu bildirilmişdi.
Xilasedicilər 11 nəfər, həmçinin 4 pişik və iti qurtara biliblər.
Qeyd olunub ki, ərazidə axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, martın 2-də səhər saatlarında Rusiya qüvvələri Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasını atəşə tutub.
AzVision.az