Rusiya Aİ mallarını Ermənistan vasitəsilə əldə edir?
“Müharibə başlayandan bəri Almaniya və digər Aİ ölkələrindən Rusiyaya ixrac azalıb. Eyni zamanda, Ermənistana ixrac artım, həmçinin ixrac Ermənistandan Rusiyaya da artıb. Ötən həftə iqtisadiyyat naziri Robert Habekdən Rusiyanın üçüncü ölkələr vasitəsilə Aİ mallarını, xüsusilə yüksək texnologiya və nəqliyyat vasitəsi hissələri əldə etdiyini öyrəndik. Bu rəqəmlər onu deyir ki, Ermənistan burada rol oynaya bilər. Bunu müzakirə edibsinizmi?”, - jurnalist kanslerdən soruşub.
Hökumət başçısı isə bu məsələni müzakirə etmədiklərini bildirib:
“İqtisadi göstəriciləri izləyirik. Eyni zamanda, bizim üçün sadəcə iqtisadi göstəriciləri nəzərdən keçirmək, korrelyasiyanı izah etmək yox, həm də iqtisadi sanksiyalarımızın yan keçilməməsini görmək də vacibdir və bu, əlbəttə, bizim tələb etdiyimiz bir şeydir”.
Yekunda kansler qoyulan “qaydalara hörmətlə yanaşıldığına ümid etdiyini” vurğulayıb.
AzVision.az
Teqlər: Almaniya Erçənistan Rusiya