Koronavirusa 34 yeni yoluxma qeydə alınıb, 1 nəfər ölüb

Koronavirusa 34 yeni yoluxma qeydə alınıb,    1 nəfər ölüb
  04 Mart 2023    Oxunub:880
Azərbaycanda koronavirusa 34 yeni yoluxma qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə AzVision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 828 682 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 366 nəfər müalicə olunaraq sağalıb, 10 127 nəfər vəfat edib.

Aktiv xəstə sayı 189 nəfərdir.

Son gün ərzində 1 415, bu günədək isə 7 531 433 test aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti