Trampdan qəribə təklif
![Trampdan qəribə təklif Trampdan qəribə təklif](https://azvision.az/photos/2023/03/tramp-1592891205-1677931872.jpg)
“Biz ölkəmizdə yeni şəhərlər salacağıq. Həmin “azadlıq şəhərləri” sərhədləri yenidən açacaq, Amerika təxəyyülünü canlandıracaq, yüz minlərlə gəncə və bütün əməksevər ailələrə ev sahibi olmaq şansı verəcək və mahiyyət etibarilə “Amerika arzusu” idealını dirçəldəcək”, - deyə Birləşmiş Ştatların 45-ci Prezidenti vurğulayıb.
Futurist şəhərlərin sakinlərinin uçan avtomobillərlə hərəkət edə biləcəyini deyən Donald Tramp qeyd edib ki, artıq ABŞ və Çin kompaniyaları tərəfindən vertikal uçuş və eniş aparatlarının hazırlanması üzrə işlər aparılır, lakin bir çoxları belə avtomobillərin bazara çıxması üçün uzun illər lazım gələcəyini düşünür. Sabiq prezidentin fikrincə, Birləşmiş Ştatlar Çini geridə qoyaraq bu sahədə lider ola bilər.
2022-ci il noyabrın 15-də Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. O, futurist şəhərlər salmaq ideyasını 2023-cü il yanvarın 28-də başlatdığı seçki kampaniyası çərçivəsində səsləndirib.
AzVision.az
Teqlər: