Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizəd olacaq

Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizəd olacaq
  04 Mart 2023    Oxunub:752
ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.
AzVision.az xəbər verir ki, bu barədə “Fox News” xəbər yayıb.

Cümə günü Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Robert Kennedi bildirib ki, prezidentliyə namizədliyini irəli sürməkdə əsas maneə həyat yoldaşının razılığını almaq olub.

O, Robert Kennedinin (1925-1968) oğlu, keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) isə qardaşı oğludur. “Fox News” vurğulayıb ki, kiçik Robert Kennedi namizədliyinin Demokratlar Partiyasından irəli sürülməsi üçün müraciət etmək niyyətindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti