Şoltsun saytı Qarabağla bağlı kanslerin qeydini sildi

   Şoltsun saytı Qarabağla bağlı kanslerin qeydini sildi
  03 Mart 2023    Oxunub:1554
Almaniya kansleri Olaf Şoltsun saytından “Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyinetmə hüququ” qeydi, eləcə də bu hüququn ərazi bütövlüyü prinsipinə ekvivalent olması faktı çıxarılıb.
Aydındır ki, Şoltsun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında etdiyi qeyd-şərtdən sonra, Almaniya hökməti düzgün və ən əsası operativ nəticələr çıxarıblar.

Xatırladaq ki, bir qədər əvvəl Almaniya hökumətinin nümayəndəsi Volfqanq Buxner də vurğulamışdı ki, “federal hökumətin mövqeyi dəyişməyib. Almaniya Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiqdir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti