Bələdiyyə başçısını proqramla izlədilər
![Bələdiyyə başçısını proqramla izlədilər Bələdiyyə başçısını proqramla izlədilər](https://azvision.az/photos/2023/03/2682882-1677865842.jpg)
Pegasus Layihəsi çərçivəsində dünyanın hər yerindən jurnalistlər "Forbidden Stories" qeyri-kommersiya təşkilatının dəstəyi ilə hökumətin opponentlər, fəallar və iş adamları üzərində casusluğunu ifşa edirlər.
“Bu, şəxsi həyatın və insan ləyaqətinin pozulmasıdır. Siyasi opponentlərini nəzarət altında saxlayanlar həbsdə olmalıdırlar”, - Karnovski bildirib.
Eyni zamanda, Polşanın mühafizəkar “Hüquq və Ədalət” partiyasının nümayəndələri mürəkkəb casus proqramları aldıqlarını təsdiqləsələr də, ondan siyasi rəqiblərə qarşı istifadə olunması ilə bağlı ittihamlarla razılaşmırlar.
Pegasus proqram təminatı İsrailin NSO Qrupu tərəfindən hazırlanıb və ondan zərər görənlər arasında Pavel Durov və Hindistanın baş naziri də var.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: