Televiziya qülləsinə hücum edən pilota 12 il həbs cəsası verildi

   Televiziya qülləsinə hücum edən pilota  12 il həbs cəsası verildi
  03 Mart 2023    Oxunub:1215
Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, Ukrayna məhkəməsi rusiyalı hərbi pilotu müharibə qanunlarını və adətlərini pozduğuna görə 12 il müddətinə azadlıqdan məhrum edib.
İstintaq onun təyyarəsinin 2022-ci ilin martında Xarkov televiziya qülləsinə bomba atdığını hesab edir. UTX-dən bildirib ki, 12 il müddətinə azadlıqdan məhrum edilən pilot Rusiyanın Qərb Hərbi Dairəsinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə 6-cı Ordusunun hərbi hissəsinin komandir müavinidir.

Ötən il martın 6-da o, Rusiyanın döyüş təyyarəsi ilə Ukraynanın dövlət sərhədini keçərək Xarkovda radio-televiziya stansiyasını bombalayıb”, – UTX Telegramda yazıb.

Pilotun adı açıqlanmır. Onun təyyarəsinin vurulduğu, yerə atıldıqdan sonra saxlanıldığı bildirilir.

Dünən, martın 2-də eyni maddə ilə daha bir rusiyalı hərbçi on il müddətinə azadlıqdan məhrum edilib. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, o, Naro-Fominskdən olan tank diviziyasının 19612 saylı hərbi hissəsinin bölmə komandiri olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti