"Sputnik V" vaksinin yaradılarından biri öldürüldü

   "Sputnik V" vaksinin yaradılarından biri öldürüldü
  03 Mart 2023    Oxunub:955
Rusiyanın COVID-ə qarşı "Sputnik V" vaksinin hazırlanmasında iştirak edənlərdən biri - rusiyalı virusoloq Andrey Botikov Moskvada evində qətlə yetirilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Regnum” agentliyi yayıb.

İstintaqın məlumatına görə, martın 1-dən 2-nə keçən gecə Roqova küçəsindəki mənzildə qətllə nəticələnən mübahisə baş verib. Mübahisəyə nəyin səbəb olduğu hələlik məlum olmasa da, 29 yaşlı Alekseyin alimi kəmərlə boğduğu müəyyən edilib.

Polis qətli törədən şəxsi saxlayıb və o, öz təqsirini boynuna alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti