"12 ildən sonra dünyanın yarısı piylənmədən əziyyət çəkəcək" - Hesabat

   "12 ildən sonra dünyanın yarısı piylənmədən əziyyət çəkəcək" -    Hesabat
  03 Mart 2023    Oxunub:937
Əgər heç bir tədbir görülməzsə, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu artıq çəkidən və ya piylənmədən əziyyət çəkənlər kimi təsnifləndiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Piylənmə Federasiyasının hesabatında qeyd edilib.

Federasiyasının prezidenti professor Luis Baur hesabatda yer alan nəticələri dərhal hərəkətə keçilməsi üçün açıq bir xəbərdarlıq olduğunu bildirib: "Əks halda dünya bu nəticələrlə üzləşməli olacaq".

Qurumun dərc etdiyi hesabatda piylənmə və artıq çəkinin dörd milyarddan çox insana təsir edəcəyi və ən sürətli artım göstərən qrupun uşaqlar olduğu qeyd edilib.

Artıq çəki və piylənmə nisbətlərinin aşağı və orta gəlirli Afrika və Asiya ölkələrində ən yüksək olacağı gözlənilir. Hesabatda 2035-ci ilə qədər piylənmənin dəyərinin hər il 4 trilyon dolları keçəcəyi barədə xəbərdarlıq edilib.

Hesabatda xüsusilə uşaqlar və gənclər arasında artan piylənmə nisbətlərinə diqqət çəkilir və bunun 2020-ci ildəki səviyyə ilə müqayisədə iki dəfə artmasının gözlənildiyi vurğulanıb.



Professor Baur bu tendensiyanın xüsusilə narahatlıq doğurduğunu vurğulayıb.

- Dünyadakı hökumətlər və qərar qəbul edənlər piylənməyə kömək edən sistemləri və əsas səbəbləri qiymətləndirməli və gənc nəslə bunun sağlamlıq təsirlərini, sosial və iqtisadi xərclərini əks etdirməməlidir, Federasiya prezidenti əlavə edib.

Hesabatda piylənmənin artmasının bəzi səbəbləri aşağıdakı kimi sadalanır: pəhriz seçimlərində emal olunmuş qida istehlakına keçid, artan hərəkətsizlik, qida təchizatı və marketinqinə nəzarət üçün zəif siyasətlər, çəki idarəçiliyi və sağlamlıq təhsilini dəstəkləmək üçün səhiyyə xidmətlərində resurs problemləri.

Ümumdünya Piylənmə Federasiyasının məlumatına görə, aşağı gəlirli ölkələr piylənməyə və onun fəsadlarına adekvat hərkətə keçməkdə çətinlik çəkirlər. Piylənmə nisbətlərinin artmasının qlobal iqtisadiyyata ciddi yük yaradacağı bildirilir və bunun qlobal ümumi məhsulun 3 faizinə uyğun olacağı xəbərdarlığı edilir.

Sənəddə piylənmənin iqtisadiyyata mümkün təsirinə diqqət çəkmək kök insanları günahlandırmaq olmadığı vurğulanıb.

Hesabatın nəticələri gələn həftə Birləşmiş Millətlər Təşkilatına təqdim ediləcək.

Aytən Zəhra
AzVision.az






Teqlər:





Xəbər lenti