Meral Akşener “altılı masa”nı tərk etdi
![Meral Akşener “altılı masa”nı tərk etdi Meral Akşener “altılı masa”nı tərk etdi](https://azvision.az/photos/2023/03/1677849164.jpg)
"Dünən nəhayət ki, prezidentliyə birgə namizədin kim olacağını müzakirə etdik. 5 siyasi partiya tək namizəd olaraq Kemal Kılıçdaroğlunun adını göstərdi. Biz iki ad elan etmişik: Mənsur Yavaş və Əkrəm İmamoğlu. Buna baxmayaraq, digər partiyalar Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliyini qəbul etməyib.
Təəssüflə demək istəyirəm ki, dünəndən etibarən "altılı masa" millətin iradəsini öz qərarlarına əks etdirmək qabiliyyətini itirib. Biz qumar və ya notarius masasında olmayacağıq".
CHP sədri Kamal Kılıçdaroğlu isə narahatlığa əsas olmadığını və yollarına davam edəcəklərini vurğulayıb.
Qeyd edək ki, “altılı masa”ya Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxil idi.
Dünən Türkiyənin müxalif partiya liderlərindən ibarət “altılı masa”nın iclası keçirib. İclasın gündəliyində əsas olaraq prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Sözügedən namizədin adının martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi gözlənilir.
AzVision.az
Teqlər: