“Merkel və Sarkozi Rusiyanın Ukraynaya müdaxiləsinə görə məsuliyyət daşıyır”

  “Merkel və Sarkozi Rusiyanın Ukraynaya müdaxiləsinə görə məsuliyyət daşıyır”
  03 Mart 2023    Oxunub:1037
“Almaniya kansleri vəzifəsində olarkən Angela Merkel Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunu mümkün edən bir sıra qərarlar qəbul edib. Çünki ukraynalıların NATO-ya üzvlüyünə mane olmaq çox böyük səhv idi”.
Bunu “N-TV”yə müsahibəsində Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Aqynes Ştrak-Çimmerman deyib. O xatırladıb ki, 2008-ci il sammitində NATO ölkələri Ukraynaya tezliklə Alyansa daxil olacağına söz veriblər, lakin “bu layihə iflasa uğrayıb”.

“Ukraynanın NATO-ya daxil olmaması o zaman fransızların və Angela Merkelin böyük səhvi idi. Bu ona görə baş verdi ki, Merkel və Fransanın prezidenti olmuş Nikola Sarkozi Rusiyaya görə buna qarşı çıxdı”.

AzVision.az


Teqlər:





Xəbər lenti