Rusiya yüzlərlə Qərb şirkətini hədə ilə ölkədə saxlayır

   Rusiya yüzlərlə Qərb şirkətini hədə ilə ölkədə saxlayır
  03 Mart 2023    Oxunub:712
“Bir çox Qərb şirkətləri müştərilərini itirmək istəmədikləri və ya sadəcə tərk edə bilmədikləri üçün Rusiya bazarında qalıblar. Buna görə də Qərbdə onları fəal şəkildə tənqid edirlər”.
AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb. Qeyd olunub ki, yüzlərlə Qərb şirkəti Rusiyada biznesini davam etdirir. Az adam tam fasiləyə qərar verib. Bəzi şirkətlərin nümayəndələrinin sözlərinə görə, onlar müştərilərin xeyrinə qalıblar. Digər şirkətlər Rusiyadakı fəaliyyətlərini yalnız qismən məhdudlaşdırdılar.

Nəşr qeyd edib ki, Moskva şirkətlərin əl-qolunu bağlayıb, milliləşdirmə ilə hədə gəlib. Bundan əlavə, bəzi menecerlərin səhmdarlar qarşısında müəyyən məsuliyyəti var və milyardlarla dollar itirməmək üçün öz bizneslərinə uyğun alıcılar tapmağa çalışırlar. Həmçinin, qalan şirkətlərin çoxu öz bazar paylarını Çin, Türkiyə, Hindistan və ya Latın Amerikası şirkətlərinə vermək istəmir.

Nəşrin yazdığına görə, digər şirkətlər müəyyən müddətdən sonra geri qayıtmaq ümidi ilə Rusiya bazarında boşluq yaratmağa çalışırlar. Məsələn, “Carlsberg” 2023-cü ilin ortalarına qədər Rusiyadakı əməliyyatlarını satmağı planlaşdırır. Bununla belə, şirkət belə bir fürsət yaranarsa, müqavilələrə aktivləri geri almağa imkan verəcək müəyyən müddəalar salmağa çalışır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti