Ölən erməni əsgərin yaxınları yolu bağladı -VİDEO

 Ölən erməni əsgərin yaxınları yolu bağladı    -VİDEO
  03 Mart 2023    Oxunub:910
Ötən ilin yayında postlardan birində baş verən yanğın zamanı ölən erməni əsgər Palyan Poqosyanın valideynləri İrəvan-Gümrü yolunu bağlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, bir neçə saatdan sonra polislə aparılan danışıqlar nəticəsində magistral yolun açılması ilə bağlı razılıq əldə olunub.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları valideynlərə müdafiə naziri Suren Papikyanla görüşün təşkilində köməklik göstərəcəklərini vəd veriblər.
Əsgərin yaxınları isə tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə, daha sərt tədbirlərə əl atacaqları barədə xəbərdarlıq ediblər.

Sağ qalan əsgər İrəvanı ifşa etdi: "Öz gözümə inanıram"
Qeyd edək ki, Palyan Poqosyanın ölümü ilə nəticələnmiş insident 2022-ci il iyulun 17-də baş verib. Sünik rayonundakı mövqelərdən birində yanan evdə yaralı əsgər aşkarlanıb. Poqosyan iyulun 26-da ölüb. Meyitə baxış zamanı əsgərin aldığı xəsarətlər yanğın hadisəsindən yaranmış zədələrlə uyğun gəlməyib. Onun 3 əsgər yoldaşı da yanğın zamanı yaralanıb.

Hazırda aksiya keçirən valideynlər isə niyə hələ də heç kimin əsgər ölümünə görə məsuliyyətə cəlb olunmamasını öyrənməyə çalışır. Faciədən demək olar ki, 8 aya yaxın vaxt keçsə də, indiyədək nə baş nazir Nikol Paşinyan, nə də müdafiə naziri Suren Papikyan onları qəbul edib. Ailə dövlət strukturlarının və məmurların biganəliyindən hiddətlənib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Yanğın  





Xəbər lenti