Məhkəmə zalında partlayış olub -Ölən və yaralananlar var

   Məhkəmə zalında partlayış olub   -Ölən və yaralananlar var
  03 Mart 2023    Oxunub:773
Montoneqronun Podqoritsa şəhərinin Baş Məhkəmə binasında partlayış baş verib. AzVision.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Yerli polisin məlumatına görə, insident nəticəsində 5 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Partlayıcı qurğu birbaşa məhkəmə zalında işə salınıb. Səlahiyyətli orqanlar araşdırmaya başlayıblar. Monteneqro KİV-i isə xəbər yayıb ki, 39 yaşlı kişi məhkəmənin girişində əl qumbarasını partladıb və o, yerindəcə keçinib.

Qeyd olunur ki, bundan əvvəl ölkəni Ali Məhkəmə və ölkə parlamenti də daxil olmaqla, binaların minalanması ilə bağlı yalan xəbərlər dalğası bürümüşdü.

Tural Tağıyev
AzVision.az



Teqlər: Montoneqro  





Xəbər lenti