Minsk məhkəməsi Nobel mükafatı laureatına 10 il verdi
![Minsk məhkəməsi Nobel mükafatı laureatına 10 il verdi Minsk məhkəməsi Nobel mükafatı laureatına 10 il verdi](https://azvision.az/photos/2023/03/file-affbf12f517ea203aa6bc5d10403e5f8-1677839194.jpg)
Məhkəmə iş üzrə digər təqsirləndirilən şəxsləri də cəzalandırıb. Valentin Stefanoviç 9, Vladimir Labkoviç 7, Dmitri Solovyov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar həmçinin 111 min belarus rublu məbləğində cərimə olunublar.
Xatırladaq ki, qeydiyyatdan keçməyən “Vesna” hüquq müdafiə mərkəzinin rəhbəri Belyatskinin məhkəməsi yanvarın əvvəlində başlayıb. Müstəntiqlərin fikrincə, Belyatski və onun həmkarları Litvadakı müxtəlif strukturlardan, fondlardan bank hesablarına daxil olan pulları nağdlaşdırıblar.
Tural Tağıyev
AzVision.az