ABŞ-da Ermənistanla Rusiyaya aviasiya texnologiyası göndərənlər tutuldu
![ABŞ-da Ermənistanla Rusiyaya aviasiya texnologiyası göndərənlər tutuldu ABŞ-da Ermənistanla Rusiyaya aviasiya texnologiyası göndərənlər tutuldu](https://azvision.az/photos/2023/03/16778288402463836829_1200x630-1677829945.jpg)
Müttəhimlər, həmçinin sui-qəsddə, nəzarət edilən malları lisenziyasız ixrac etməkdə, ixrac məlumatlarını saxtalaşdırmaqda və təqdim etməməkdə, ABŞ qanunlarına zidd olaraq qaçaqmalçılıqda ittiham olunurlar. Təqsirləri sübuta yetirilərsə, onları qaçaqmalçılıqda hər bir fakta görə 20 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, avionikaya təyyarələrdə quraşdırılmış rabitə, naviqasiya, uçuşa nəzarət və təhlükənin aşkarlanması sistemləri daxildir. ABŞ Ticarət Departamentinin rəsmisi Metyu Akselrod Mayamidə Amerika Hüquqşünaslar Assosiasiyasının tədbirində həbslər barədə məlumat verib.
Rusiyanın keçən il Ukraynaya müdaxiləsindən sonra ABŞ, Rusiyanın müdafiə, aerokosmik və dəniz sektorlarını hədəf alan digər mallara nəzarətlə yanaşı, avionikaya əlavə məhdudiyyətlər qoyub. Nəzarət daha sonra Rusiyanın neft emalı, sənaye və ticarət sektorlarını və lüks malları əhatə edəcək şəkildə genişləndirilib.
AzVision.az
Teqlər: