Ermənistanın müdafiə naziri istefaya göndərilir

   Ermənistanın müdafiə naziri istefaya göndərilir
  03 Mart 2023    Oxunub:1271
Ermənistanın müdafiə naziri Suren Papikyan vəzifəsindən azad olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, hazırda hakimiyyət Papikyanın başqa hansı vəzifəyə təyin ediləcəyi ilə bağlı planlaşdırmalar aparır. Qəzetin yazdığına görə, baş nazir hazırda müdafiə naziri kimi Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı görür.

Paşinyan üçün bu seçimdə vacib arqument ondan ibarətdir ki, müharibədən sonra Abazyan Azərbaycan rəsmiləri ilə müxtəlif formatlarda həm əsirlərin mübadiləsi, həm də sərhədin demarkasiyası ilə bağlı danışıqlar aparıb, onlarla anlaşma əldə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti