Paşinyan: "Türkiyə ilə sərhədlərin açılmasına hazırıq"

      Paşinyan:    "Türkiyə ilə sərhədlərin açılmasına hazırıq"
  03 Mart 2023    Oxunub:1017
"Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazırdır".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın Xarici Əlaqələr Şurasında "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivləri" mövzusunda aparılan müzakirələr zamanı deyib.

Baş nazir qeyd edib ki, Ermənistanın regionda sülhün bərqərar olması baxışının əsas aspektlərindən biri Türkiyə ilə münasibətlərin tənzimlənməsidir.

“Biz ümid edirik ki, Türkiyə 90-cı illərin əvvəllərində birtərəfli qaydada bağladığı sərhədi tam açacaq”, - Paşinyan qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti