![]() |
"Ermənistanla əlaqələrdə müsbət dinamika var" - Hindistan səfiri |
Bildirilir ki, Jain Ermənistanı təsadüfən seçməyib, hindistanlıların ermənilərə xüsusi rəğbəti var. Yəni biznesmen və onun tərəfdaşları 10 ildən çoxdur ki, erməni mütəxəssislərlə işləyirlər. Onlar əsasən Jaininin də uzun müddət çalışdığı Rusiyada əməkdaşlıq ediblər. Burada ermənilər həm mədən sənayesində (əsasən Yakutiyada), həm də emalda (Moskvada və digər şəhərlərdə) çalışırlar.
“Onlar əla motivasiyaya malikdirlər və Hindistanın ən yaxşı ustaları ilə eyni səviyyədə olduqlarını deyə bilərik. Bizim korporasiyada bir neçə erməni də çalışır. Ermənistanda fabrik açdığımızı biləndə çox adam gəlmək istədi və biz bu işdə onlara kömək edəcəyik”, - deyə Jain erməniləri tərfiləməyi də unutmayıb.
Rusiyadan İrəvana təkcə ermənilər deyil, digər millətlərdən olan sənətkarlar da dəvət olunacaq. Eyni zamanda şirkət Hindistandan da mütəxəssisləri cəlb edəcək.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistana açıq şəkildə dəstək verməyə başladı. Bu dəstək özünü daha çox hərbi sahədə göstərdi.
Tural Tağıyev
AzVision.az