Türkiyədə zəlzələlərin araşdırılması üçün komissiya yaradıldı
![Türkiyədə zəlzələlərin araşdırılması üçün komissiya yaradıldı Türkiyədə zəlzələlərin araşdırılması üçün komissiya yaradıldı](https://azvision.az/photos/2023/03/Screenshot_1-1675755522-1677784844.jpg)
Parlamentdə Kahramanmaraşda baş vermiş zəlzələlərin nəticələrinin hərtərəfli araşdırılması, zəlzələyə davamlı bina fondunun yaradılması və tədbirlər görmək məqsədilə Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilən təkliflər müzakirə olunub. Müzakirələr zamanı millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, fevralın 6-da ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət 45 089 nəfərin ölümünə səbəb olub. Güclü zəlzələdən sonra indiyə qədər 11 020 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 971 589 şəxs təxliyə edilib.
AzVision.az
Teqlər: