Zelenski Xersona yeni hərbi rəhbər təyin edib

   Zelenski Xersona yeni hərbi rəhbər təyin edib
  02 Mart 2023    Oxunub:808
Ukrayna prezidenti Volodimir Zelenski hərbi prokuror Roman Mroçkonu Ukraynanın nəzarətində olan Xerson şəhərinin hərbi administrasiyasının yeni rəhbəri təyin edib.
AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenskinin müvafiq fərmanı dövlət başçısının saytında dərc edilib.

Bundan başqa, Ukrayna prezidenti başqa bir sərəncamla Qalina Luqovayanı bu vəzifədən azad edib. Luqovaya hərbi idarə rəisi vəzifəsinə təyin olunana qədər şəhər sovetinin katibi, ondan əvvəl isə məktəbin direktoru olub.

Ukrayna mətbuatına görə, bundan əvvəl Roman Mroçko ölkənin cənub bölgəsinin hərbi prokurorunun müavini olub.

AzVision.az


Teqlər:





Xəbər lenti