“Tezliklə Aİ missiyasının fəaliyyətini tənzimləyəcək saziş imzalayacağıq” - Paşinyan
![“Tezliklə Aİ missiyasının fəaliyyətini tənzimləyəcək saziş imzalayacağıq” - Paşinyan
“Tezliklə Aİ missiyasının fəaliyyətini tənzimləyəcək saziş imzalayacağıq” - Paşinyan](https://azvision.az/photos/2023/03/1677775937.jpg)
“Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, missiyanın fəaliyyətini tənzimləyəcək saziş müzakirə olunmalı və imzalanmalıdır”, - N.Paşinyan deyib.
Sazişin nə vaxt imzalanacağı ilə bağlı suala Ermənistan baş naziri hər şeyin artıq formalaşmış və əldə edilmiş razılaşmalar ətrafında tam razılığın əldə olunacağı tarixdən asılı olduğunu söyləyərək cavab verib.
Qeyd edək ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət Aİ-nin yeni mülki missiyası yerləşdirilib.
AzVision.az
Teqlər: