“Afrikaya müdaxilə layihəsi "Fransafrik" bitib" - Makron
![“Afrikaya müdaxilə layihəsi "Fransafrik" bitib" - Makron “Afrikaya müdaxilə layihəsi "Fransafrik" bitib" - Makron](https://azvision.az/photos/2023/03/1677773646.jpg)
"Fransafrik" sayəsində ölkəsinin Afrika ilə, o cümlədən Qabonla ortaq bir tarixə malik olduğunu bildirən Makron Fransanın hələ də qitə ölkələrinə müdaxilə etməkdə günahlandırıldığını bildirib. O, ölkəsini “Afrikada hamı ilə danışan və qitə ölkələrinin daxili işlərinə qarışmaqda rol oynamayan qərəzsiz tərəfdaş” kimi xarakterizə edib.
Qabona iqlim, biomüxtəliflik, iqtisadiyyat və sənaye sahələrində balanslı ortaqlıq qurmaq üçün gəldiyini ifadə edən Makron buraya “adam tapmaq” üçün gəlmədiyinə diqqət çəkib.
Afrika ölkələri ilə yeni səhifə açmaq istədiklərini bildirən Fransa prezidenti afrikalılara məxsus mədəni sərvətlərin geri qaytarılması üçün işlərə başladıqlarını bildirib. O eyni zamanda Fransanın qitədəki hərbi bazalarının sayını azaldacağını bəyan edib.
"Fransafrik" termini Fransız hərbçiləri tərəfindən İkinci Dünya Müharibəsindən sonra Afrika ilə bağlı yeni siyasətlərinə istinad etmək üçün istifadə edilib.
AzVision.az
Teqlər: