Blinken: "ABŞ Rusiya ilə əməkdaşlığa həmişə hazırdır"
![Blinken: "ABŞ Rusiya ilə əməkdaşlığa həmişə hazırdır" Blinken: "ABŞ Rusiya ilə əməkdaşlığa həmişə hazırdır"](https://azvision.az/photos/2023/03/1677770883.jpg)
Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrova bildirib ki, dünyada və ölkələr arasında münasibətlərdə baş verən hadisələrə baxmayaraq, ABŞ hər zaman strateji nüvə silahlarına nəzarət sahəsində əməkdaşlığa hazır olacaq: "Eynilə ABŞ və Sovet İttifaqı bunu hətta soyuq müharibənin qızğın vaxtında da edib", Blinken qeyd edib.
Qeyd edək ki, G20 sammiti çərçivəsində Blinken Lavrova müraciət edərək Rusiya tərəfini Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırmaq qərarını ləğv etməyə çağırmışdı.
ABŞ Dövlət Departamentinin nümayəndələrindən birinin sözlərinə görə, Blinken və Lavrov sammit zamanı 10 dəqiqədən az danışıblar. Həmçinin, dövlət katibi Rusiya Federasiyasının Xarici İşlər Naziri ilə söhbətində qeyd edib ki, ABŞ lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək.
AzVision.az
Teqlər: