Mask "ən zənginlər zirvəsində" yalnız 48 saat qala bildi

   Mask "ən zənginlər zirvəsində" yalnız 48 saat qala bildi
  02 Mart 2023    Oxunub:719
"SpaceX" və "Tesla" şirkətlərinin direktoru milayrder İlon Mask yenidən dünyanın ən varlı insanı zirvəsini itirib. Amrerikalı milyarder illərlə lider olduğu zirvədə bu dəfə 48 saat qala bilib.
ABŞ bazarlarında baş verən qarışıqlıq nəticəsində Maskın fransalı rəqibi 73 yaşlı Bernard Arno növbəti dəfə dünyanın ən varlı adamı olub.

"Bloomberg"in məlumatına görə, İlon Maskın sərvəti dünəndən bəri təxminən 2 milyard dollar azalıb. Milyarderin zirvəni itirməsinə səbəb "Tesla" səhmlərinin ucuzlaşması olub.

Mask hazırda Bernard Arnaultdan sonra dünyanın ikinci ən zəngin adamıdır. Bu gün onun 184 milyard dolları var.

LVMH-nin baş direktoru Bernard Arnaultun sərvəti 186 milyard dollardır.

AzVision.az


Teqlər:





Xəbər lenti