Saakaşvilinin azadlığı ilə bağlı şikayət təmin edilmədi

 Saakaşvilinin azadlığı ilə bağlı şikayət təmin edilmədi
  02 Mart 2023    Oxunub:720
Tbilisi Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinə görə həbsdən buraxılmaması barədə qərarını qüvvədə saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə cümə axşamı Vahid Milli Hərəkat Partiyasının üzvü Yekaterina Xerxeulidze Facebook-da məlumat yayıb.

Saakaşvilinin çəkisi 67 kiloya düşüb
"Apellyasiya Məhkəməsi Mixail Saakaşvilinin sağlamlığına görə azadlığa buraxılması ilə bağlı işinə qiyabi baxıb və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb", - Xerxeulidze yazıb.
Tbilisi Apellyasiya Məhkəməsi öz qərarını onunla əsaslandırıb ki, iş materialları ilə tanış olduqdan sonra Saakaşvilinin vəkillərinin şikayətini təmin etmək üçün heç bir əsas olmayıb.

Xatırladaq ki, bu il fevralın 6-da Tbilisi Şəhər Məhkəməsi də eks-prezidentin vəkillərinin səhhəti ilə bağlı onun azadlığa buraxılmasına dair vəsatətini rədd edib. Ondan artıq keçirilən görüşdə şahid qismində həkimlər, ekspertlər, o cümlədən əcnəbilər çıxış edərək, sabiq dövlət başçısının bir çox xəstəliklərinin olduğunu bildiriblər. Gürcüstan hakimiyyətinin mövqeyi isə ondan ibarətdir ki, Saakaşvili sadəcə simulyasiya edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Saakaşvili   Məhkəmə  





Xəbər lenti