26 qadını 2 ay bir otaqda saxladılar - VİDEO

   26 qadını 2 ay bir otaqda saxladılar -    VİDEO
  02 Mart 2023    Oxunub:1299
Ərbil və Birləşmiş Ərəb Əmirliklərində bir şirkətlə ayda 300 dollara işləmək üçün müqavilə bağlayaraq müxtəlif vaxtlarda ölkələrindən yola çıxan 26 İndoneziyalı qadın İstanbulda vasitəçi olduqları iddia edilən 3 xarici ölkə vətəndaşı tərəfindən zorla saxlanılıb.
İstanbul Polis İdarəsi Mühacir Qaçaqçılığı ilə Mübarizə və Sərhəd Qapıları Şöbə Müdirliyi qrupları insan alveri cinayətinin qarşısının alınması üçün aparılan araşdırmalar zamanı bir qrup asiyalı qadının İstanbulda bir iqamətgahda zorla saxlanıldığını öyrənib.

Bahçelievler rayonundakı iqamətgahda çoxlu indoneziyalı qadının kömək istəməsi xəbərini alan təhlükəsizlik qrupları dərhal hərəkətə keçib.

Aparılan araşdırmalarda müxtəlif tarixlərdə Türkiyəyə daxil olan İndoneziya əsilli 23 qadının ev və ofis kimi istifadə edilən mənzildə zorla saxlanıldığı müəyyən edilib. Onları zorla saxlayan hər 3 şəxs polis tərəfindən nəzarətə götürülüb. Həmçinin, şübhəlilərdən biri olan T.M. adlı İraqlının iqamətgahında aparılan axtarışda daha 3 İndoneziya vətəndaşı olan qadın tapılıb.

Zərərçəkmiş qadınların İstanbuldan tranzit olaraq istifadə edərək sözügedən ölkələrə getməyi planlaşdırdıqları öyrənilib. Bu müddət ərzində evdən çıxmağa və heç kimlə danışmağa icazə verilməyən qadınların mobil telefonları və pasportları da əllərindən alınıb.

Saxlanılan 3 şəxsdən biri ölkədən deportasiya olunub, digər iki şəxs isə ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti