İran Rusiyadan S-400 almaq niyyətindədir
Nəşrin məlumatına görə, İsrail İranın mümkün nüvə silahı yaratmasından ehtiyat edir və hücum ehtimalından narahatdır.
Mənbələrə görə, İranın S-400 hava hücumundan müdafiə sistemini alması zərbə qərarını sürətləndirəcək.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu “İranın nüvə silahı əldə etməməsi üçün əlimdən gələni edəcəyəm” deyib.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirmişdi ki, İran rəhbərliyi nüvə silahının yaradılması layihəsini bərpa etmək barədə qərar qəbul etməyib.
AzVision.az
Teqlər: