Separatçıların əvvəl xalça, indi isə konserv zavodu bağlanır

   Separatçıların əvvəl xalça, indi isə    konserv zavodu bağlanır
  02 Mart 2023    Oxunub:1312
Ötən ilin sonundan Laçın dəhlizində nəqliyyatın hərəkətində yaranmış məhdudiyyətlər separatçıları sözün həqiqi mənasında dalana dirəyib. Bu gün məlum olub ki, yeraltı və yerüstü sərvətlərimizi talan edən qondarma rejimin daha bir zavodu bankrot olub.
AzVision.az xəbər verir ki, "Mamul" nəşri məlumatı dəqiqləşdirmək üçün şirkətin baş mühasibi ilə əlaqə saxlayıb.

Qarabağ xalçalarını oğurlayan erməni sexi bağlandı -FOTOLAR
Qeyd edilir ki, seaparatçı adla-“Artsax Fruit” etiketi ilə meyvə-tərəvəz konservləri istehsal edən firmanın mağazaları da çətin duruma düşüb.

"Dəhlizin əvvəlki qaydada fəaliyyət göstərməməsi nəticəsində qablaşdırılmada problemlər yaranıb. Çünki qablar xaricdən gətirilirdi. Zavodun baş mühasibi Milena Hunanyan məsələ ilə bağlı verdiyi açıqlamada deyib ki, nar siropu və doşabın qablaşdırılması üçün nəzərdə tutulan materialların böyük partiyası hazırda Ermənistanda ilişib qalıb. Onların idxalını təşkil etmək isə məlum dəhliz hadisələrinə görə mümkün deyil", - nəşr yazıb.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın qondarma rejimin adı ilə yaratdığı "Artsax Carpet" şirkətinin də iflasa uğraması barədə məlumatlar və fotolar yayılmışdı.




Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Separatçı   Zavod  





Xəbər lenti