Qəzet xatırladıb ki, bu, Rusiya sülhməramlılarının Qarabağdakı qərargahında baş tutan ilk görüş deyil. Etnik erməniləri isə Samvel Şahramanyanla Sergey Martirosyan təmsil edib. Vitali Balasanyanın "Təhlükəsizlik Şurası"nın katibi olduğu dövrdə görüşlərdə həmişə o iştirak edib.
Müəllif Martirosyanın sülhməramlı qüvvələrin keçmiş rəhbəri, məşhur general Muradova yaxınlığı ilə seçilməsinə diqqət çəkib.
![]() |
Azərbaycan rəsmiləri Qarabağın erməni icması ilə görüşdülər |
Xatırladaq ki, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.
Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Tural Tağıyev
AzVision.az