Ermənistandan Türkiyəyə ixrac 139 dəfə artıb

Ermənistandan Türkiyəyə ixrac  139 dəfə  artıb
  02 Mart 2023    Oxunub:896
2022-ci ildə Ermənistanla Türkiyə arasında 324,5 milyon dollarlıq ticarət əlaqəsi qurulub. Bu isə 2021-ci illə müqayisədə 4,4 dəfə (73,5 milyon ABŞ dolları) çoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, Türkiyə mallarının Ermənistana idxalına qoyulan qadağanın aradan qaldırılması idxal və ixraca müsbət təsir göstərib.

Belə ki, 2022-ci ildə Ermənistandan Türkiyəyə ixrac 139 dəfə artaraq 61,2 milyon dollara (2021-ci ildə 0,44 milyon dollar)çatıb. Türkiyə mallarının idxalı isə 3,6 dəfə artıb. Ötən il Ermənistana 263,3 milyon dollar dəyərində türk məhsulları idxal edilibsə, 2021-ci ildə (embarqo olanda-red.) bu rəqəm 73 milyon dollar olub.

Türkiyə məhsullarına qoyulan embarqo 2021-ci il yanvarın 1-dən qüvvəyə minib. Bu isə iki ölkə arasında olan zəif ticarətə mənfi təsir göstərdi. Beləliklə, 2021-ci ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 68,3% azalaraq (2020-ci ildə 231․5 milyon dollar) 73․5 milyon dollar həddinə çatıb.

Ermənistan və Türkiyə Ani sərhəd körpüsünü birgə təmir edəcək
Amma 2021-ci ildə embarqo zamanı Ermənistana Türkiyədən emal üçün xammal və müəyyən məhsullar idxal etməyə rəsmən icazə verilib. Bunlar tikinti materialları, trikotaj və pambıq parçalar, təbii dəridir. Eyni zamanda, yüksək gömrük rüsumları olan mallar idxal edilməyib. Ermənistanın İqtisadiyyat Nazirliyi türk mənşəli malların idxalının müəyyən həcmlərinin qorunub saxlanmasını qiymət baxımından daha sərfəli olması, üstəlik coğrafiyanın da mühüm rol oynaması (uzaq ölkələrdən mal gətirmək kifayət qədər baha başa gəlir) ilə izah edib.

2022-ci ildə Türkiyə mallarının idxalına gəlincə, nazirlik Ermənistanın ən çox alüminium armaturlar, sitrus meyvələri (təzə və ya qurudulmuş), trikotaj məmulatları (qadınlar və kişilər üçün kostyum, pencək, yubka və oxşar geyimlər), elektrik cihazları, qızdırıcı və s. aldığını bəyan edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Türkiyə   Ermənistan   Embarqo   İxrac   İdxal  





Xəbər lenti