Gülşənin 1 ildən 3 ilə qədər həbsi istənildi

   Gülşənin 1 ildən 3 ilə qədər həbsi istənildi
  01 Mart 2023    Oxunub:939
İmam Hatip tərəfdarlarını hədəf alan sözlərindən sonra haqqında cinayət işi açılan müğənni Gülşənlə bağlı prokurorluğun rəyi açıqlanıb və tələb olunan cəza müəyyən edilib.
Prokurorluq Gülşənin “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” cinayətinə görə 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, konsertlərindən birində Gülşənin dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib.

Gülşən "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə ötən ilin avqust ayında həbs edilib. Lakin bir müddət sonra ev dustaqlığına buraxılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti