UAEA İranda 83,7 faiz zənginləşdirilmiş uran hissəcikləri aşkar edib
Məlumata görə, müstəntiqlər yanvarın 21-də İranın yeraltı "Fordo" zavodunda iki mərhələli IR-6 sentrifuqasının əvvəllər elan ediləndən əhəmiyyətli dərəcədə fərqli şəkildə konfiqurasiya edildiyini müşahidə ediblər; buradan götürülən nümunələrin təmizliyi 83,7 faizə qədər olan hissəciklər olduğu müəyyən edilib.
Hesabatda "İran agentliyə zənginləşdirmə səviyyələrində arzuolunmaz dalğalanmaların keçid dövründə baş verə biləcəyi barədə məlumat verib", - deyə qeyd edilib.
Məsələyə aydınlıq gətirmək üçün agentlik ilə İran arasında danışıqlar davam edir.
Qeyd edək ki, UAEA bundan əvvəl İranın uranın 60 faizini zənginləşdirdiyini bildirmişdi.
Fevralın 20-də bəzi beynəlxalq media orqanlarında İranın uranı 84 faiz səviyyəsində zənginləşdirdiyi barədə xəbərlər yayılsa da Tehran administrasiyası bunu təkzib etmişdi.
Aytən Zəhra
AzVision.az
Teqlər: