“İran 12 günə nüvə bombası üçün material hazırlaya bilər”
![“İran 12 günə nüvə bombası üçün material hazırlaya bilər” “İran 12 günə nüvə bombası üçün material hazırlaya bilər”](https://azvision.az/photos/2023/03/437943_000-1677647015.jpg)
“2018-ci ildə əvvəlki administrasiya İranla nüvə sazişindən çıxmaq qərarına gələndə, bir parçalana bilən bomba hazırlamaq üçün Tehrana təxminən 12 ay lazım idi. İndi təxminən 12 gün lazımdır”-deyə, o bildirib.
Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (IAEA) məlumatına görə, ötən ilin noyabrından bəri İran 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatının həcmi 40 faiz artaraq 62,3 kiloqramdan 87,5 kiloqrama çatdırıb. Tehran, həmçinin yanvarın 22-də Fordo nüvə obyektindən götürülən nümunələrdə 83,7 faizə qədər zənginləşən hissəciklərin olduğunu təsdiqləyib.
AzVision.az
Teqlər: