Yunanıstanda qatar qəzasında 32 nəfər ölüb

   Yunanıstanda qatar qəzasında    32 nəfər ölüb
  01 Mart 2023    Oxunub:1099
Yunanıstanın Larisa şəhəri yaxınlığındakı Evanqelizmosda sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 32 nəfər ölüb.
Bu barədə “ERT NEWS” kanalının efirində yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis bildirib. Onun sözlərinə görə, qəzada xəsarət alan 85 nəfər xəstəxanalara çatdırılıblar. “Hadisə yerinə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 patrul maşını ilə 32 polis əməkdaşı cəlb olunub”.

Qeyd edək ki, Afina - Saloniki marşrutu ilə hərəkət edən sərnişin qatarı gecə yarısı yük qatarı ilə toqquşub. Daha sonra sərnişin qatarının 3 vaqonu relsdən çıxaraq aşıb və yanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti