Ukraynalı deputat humanitar dəstəyə görə Azərbaycana təşəkkür etdi
![Ukraynalı deputat humanitar dəstəyə görə Azərbaycana təşəkkür etdi
Ukraynalı deputat humanitar dəstəyə görə Azərbaycana təşəkkür etdi](https://azvision.az/photos/2023/02/6b7480e1-44a4-3303-93ba-50cf84258421_850-1677594030.jpg)
Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Ukrayna parlament nümayəndə heyətini Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirib. O, iki ölkə arasındakı dostluq münasibətləri, Azərbaycan və Ukrayna xalqlarını birləşdirən dəyərlər, parlament diplomatiyasının yaratdığı imkanlar, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası münasibətlərin genişləndirilməsində dostluq qruplarının rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti, regional təhlükəsizlik və digər məsələlər barədə fikirlərini bölüşüb.
Görüşdə Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenko ölkəmizə səfərindən məmnunluğunu bildirib.
O, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin perspektivləri barədə danışıb.
AzVision.az
Teqlər: