Erməni teleşərhçi qəzəbləndi: "Telefonu Annanın əlindən alın!"

      Erməni teleşərhçi qəzəbləndi:    "Telefonu Annanın əlindən alın!"
  28 Fevral 2023    Oxunub:1037
Məşhur erməni televiziya şərhçisi David Qriqoryan baş nazir Nikol Paşinyanın ailəsini tənqid edib. AzVision.az xəbər verir ki, o, iki gündür ölkə gündəminə çevrilən Paşinyan ailəsinin "qurman tur"u barədə danışıb.
Qriqoryan Anna Akopyanın çəkdiyi yemək fotolarını sərt şəkildə tənqid edərək deyib: “Telefonu bu qadının əlindən alın. O, Gümrüdən bir neçə foto paylaşdı və bütün cəmiyyətimiz həmin görüntüləri müzakirə etdi. Hətta ciddi saydığımız analitiklər belə bu davranışa öz fikirlərini bildirdilər, epoxal fotoseriya haqqında şərhlər verdilər...

Ermənilər Paşinyan ailəsinin "qarğıdalı qonaqlığı"nı lağa qoyurlar- FOTOLAR
Bir sözlə, “qarğıdalı və rus peraşkisi” barədə geosiyasi müzakirələr təşkil edildi. Ancaq həqiqətən də artıq ağ oldu. Telefonu bu qadının əlindən alaraq onun şəkil çəkdirməsinə imkan verməyin. Yaxud da Akopyana düymələri olan, kamerasız köhnə "Nokia" telefonu verin. Hətta fləşmob da başlada bilərsinizmi.Adı isə #telefonu_əlindən_al olsun".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Telefon   Paşinyan   Ermənistan  





Xəbər lenti