"Kral şir", "Ələddin" və digər məşhur filmlərin ssenaristi vəfat etdi

   "Kral şir", "Ələddin"    və digər məşhur filmlərin ssenaristi vəfat etdi
  28 Fevral 2023    Oxunub:1463
Uolt Disneyin rəhbərliyi dövründən "Disney"də işləyən sonuncu ştatlı işçi, amerikalı məşhur ssenarist Barni Mettinson vəfat edib.
AzVision.az xəbər verir ki, 87 yaşlı ssenaristin ölüm xəbərini "Deadline" nəşri yayıb.
Qeyd edilir ki, Mattinson 1953-cü ildən "Disney" studiyasında işləyir. O, orta məktəbi bitirdikdən dərhal sonra şirkətə işə düzəlib.

Onun yazdığı ssenarilər arasında “Kral şir”, “Ələddin”, “Pokahontas”, “Xanım və avara”, “Tarzan”, “Notr Damın qozbeli”, “Gözəlçə və bədheybət”, “Mulan” kimi klassik filmlər var.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ssenarist   Vəfat  





Xəbər lenti