Monqolustanda kömür oğurluğu: Nazir və beş deputat şübhəlidir

      Monqolustanda kömür oğurluğu:    Nazir və beş deputat şübhəlidir
  28 Fevral 2023    Oxunub:690
Monqolustan dövlət şirkəti “Erdenes Tavan-Tolgoi”dan kömür oğurlamaqda bir nazir və parlamentin beş deputatı da daxil olmaqla 78 nəfər ittiham olunur.
Bu barədə TASS yazır. "Onlara kömür oğurluğu ilə bağlı müxtəlif maddələrlə ittiham irəli sürülüb", - məlumatda deyilir. İttiham edilən 42 nəfərin dövlət qulluqçusu olduğu bildirilib. Təqsirləndirilənlər arasında fevralın 7-də istefa verən Monqolustanın əmək və əhalinin sosial müdafiəsi naziri Timurbaatar Ayursayxan da var, lakin onun istefası hələ təsdiqlənməyib.

Bundan əvvəl Monqolustanın prezident administrasiyası məlumat vermişdi ki, dövlət başçısı Uxnaaqiyn Xürelsüxün ölkədə kütləvi etirazlara səbəb olan kömür oğurluğu ilə bağlı qalmaqalla heç bir əlaqəsi yoxdur. İdarədə qeyd olunduğu kimi, dövlət başçısı oğurluğa görə məsuliyyət daşıyanlara qarşı, eləcə də bütövlükdə respublikada korrupsiyaya qarşı mübarizəni dayandırmaq fikrində deyil.

Eyni zamanda, Xürelsüxün administrasiyası prezidentin qalmaqalda adı hallandığı materialların öyrənilməsini müvafiq idarələrdən tələb etdiklərini vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az







Teqlər:





Xəbər lenti