"Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı məsuliyyəti Rusiyanın üzərinə qoymağa çalışır"

   "Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı məsuliyyəti Rusiyanın üzərinə qoymağa çalışır"
  28 Fevral 2023    Oxunub:843
"Ermənistan tərəfi Laçın yolunda vəziyyətlə bağlı bütün məsuliyyəti Azərbaycanın və Rusiyanın üzərinə qoymağa çalışır".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu fikri Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, Ermənistanın yüksək siyasi rəhbərliyinin Laçın yolu ilə bağlı qərarlarının yanlışdır:

"Onların mövqeyindəki qeyri-ardıcıl yanaşmalar beynəlxalq fikri yayındırmaq və regionda ajiotaj yaratmaq niyyətindən xəbər verir. Bu məsələdə Azərbaycan vətəndaş cəmiyyətinin fikirləri eşidilməlidir. Ermənistan tərəfindən konstruktiv dialoqun yaradılmamasına cəhdlər müşahidə edilir. Azərbaycan Rusiya sülhməramlı kontingenti və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə daimi əlaqədədir. Biz sülhə alternativ görmürük".

AzVision.az


Teqlər:





Xəbər lenti