"Rönesans Rezidans"ın ortağı qırmızı büllettenlə axtarışa verildi

   "Rönesans Rezidans"ın ortağı    qırmızı büllettenlə axtarışa verildi
  28 Fevral 2023    Oxunub:1545
"Rönesans Rezidans"ın rəhbəri Mehmet Yaşar Coşkunun qardaşı və ortağı Hüseyn Yalçın Coşqun qırmızı büllettenlə axtarışa verilib. Onun Türkiyədən kənarda olduğu məlum olub.
Hatay Respublika Prokurorluğu Zəlzələ Cinayətləri İstintaq Bürosu tərəfindən haqqında qiyabi həbs qərarı çıxarılıb.

Sorğu Ədliyyə Nazirliyinə, Xarici Əlaqələr Baş İdarəsinə və Avropa İttifaqına göndərilib. Hüseyn Yalçın Coşqunun dağılan binaların statik layihə rəhbəri, sahə rəhbəri və şirkət ortağı olduğu bildirilib.

Qeyd edək ki, Hatay şəhərində zəlzələ nəticəsində dağılan “Rönesans Residence”in podratçısı Mehmet Yaşar Coşkun xaricə getmək istəyərkən hava limanında yaxalanmışdı. 10 il əvvəl "Cənnətdən bir hissə" reklamları ilə açılışı edilən yaşayış kompleksinin dağıntıları altından yüzlərlə meyit çıxarılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti