Lavrov: "Aİ Bakı və İrəvanla münasibətlərdən açıq şəkildə sui-istifadə edir"

      Lavrov:    "Aİ Bakı və İrəvanla münasibətlərdən açıq şəkildə sui-istifadə edir"
  28 Fevral 2023    Oxunub:1143
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqları təşkil etməyə hazırdır, lakin qəti şəkildə israr etməyəcək.
O, həmçinin qeyd edib ki, Azərbaycan tərəfi bu görüşlərə hazırdır və Ermənistan tərəfi etiraz etmədiyini, lakin hələlik yekun razılığını vermədiyini bildirib. Nazir xatırladıb ki, Moskva bir neçə dəfə, o cümlədən 2022-ci ilin dekabrında xarici işlər nazirlərinin üçtərəfli görüşü üçün platforma təqdim edib, lakin sonra Ermənistan tərəfi bu tədbirdə iştirak edə bilməyəcəklərini bildirib.

Lavrov, əlavə edib ki, Avropa İttifaqı Bakı və İrəvanla münasibətlərdən açıq şəkildə sui-istifadə edir və Ermənistan ərazisindəki missiyasını yerinə yetirməyə çalışır. Nazir həmçinin vurğulayıb ki, Rusiya Federasiyası Cənubi Qafqazda “zərər vermə” prinsipini rəhbər tutur: "Lakin bütün oyunçular bu yanaşmanı bölüşmür".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti