Rusiyada "Xalça" əməliyyatı - Səmada UNO aşkarlandı

      Rusiyada "Xalça" əməliyyatı    - Səmada UNO aşkarlandı
  28 Fevral 2023    Oxunub:1263
Sankt-Peterburqun Pulkovo hava limanı üzərində naməlum uçan obyekt aşkar edilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə limanının üzərindəki hava məkanı bağlanıb.

Elan edilmiş "Kavyor" (Xalça-red) planına əsasən hərbi və xilasedici təyyarələrdən başqa bütün təyyarələrin qapalı əraziyə dərhal enməsi və ya çıxması tələb edilib.

"Flightradar" məlumatlarında deyilir ki, mülki təyyarələr Sankt-Peterburqa yaxınlaşmır.

Yerli sakinlər Pulkovo hava limanı ətrafında qırıcı təyyarələr dövr etdiyini təsdiqləyiblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti