"Dövlətimiz İranla Rusiyanın sayəsində mövcuddur" - Erməni deputat |
Tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Ermənistanda infrastrukturun inkişafında İran şirkətlərinin potensialından istifadənin vacibliyi xüsusi olaraq vurğulanıb.
Mortazavi qeyd edib ki, İran şirkətlərinin əksəriyyəti Ermənistanda yol infrastrukturunun xüsusən də dəmir yollarının və tunellərin inkişafına töhfə verməyə hazırdır.
Xatırladaq ki, bir müddət öncə ticarət attaşesi Vardan Kostanyan 2023-cü ildə Ermənistanda İran kapitalı ilə iki böyük müəssisə - İrəvanda ticarət mərkəzi və Armavir vilayətində zavod açılacağını bəyan etmişdi.
Tural Tağıyev
AzVision.az