ABŞ ordusunda əsgər çatışmır

   ABŞ ordusunda əsgər çatışmır
  27 Fevral 2023    Oxunub:868
ABŞ Müdafiə Nazirliyi 2023-cü ildə ötənilki 15 000 əsgər çatışmazlığını aradan qaldırmaq üçün orduya 65 000 yeni çağırışçı cəlb etməyi planlaşdırır.
Bunu ABŞ-ın ordu katibi Kristin Vormut bəyan edib. “Məncə, bu il üçün bir nömrəli prioritet personalın sayı ilə bağlı problemimizi həll etməkdir. Keçən il ordu 15 000-ə yaxın adam toplama hədəfinə çata bilməyib. Bu, bizim üçün çox ciddi bir vəziyyətdir”-, o bildirib.

2022-ci ildə orduya qəbul planı 60 min nəfər idisə, ilin sonunadək cəmi 45 min nəfər ordu sıralarına cəlb edilib. Əsas səbəb gənclər arasında piylənmə problemləri, orta məktəb diplomunun olmaması və ruhi xəstəlikdir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti