Rusiya XİN: "Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları açılmalıdır"
![Rusiya XİN: "Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları açılmalıdır" Rusiya XİN: "Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları açılmalıdır"](https://azvision.az/photos/2022/10/Rusiya-XİN-1-1665585433.jpg)
Azərbaycanlı və erməni tərəfdaşlarla birlikdə Baş nazir müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində biz dəmir yolu və avtomobil kommunikasiyalarının qurulmasına imkan verəcək və iqtisadi əlaqələrin bərpasını stimullaşdıracaq konkret infrastruktur layihələri paketinin razılaşdırılması üzərində işləyirik.
Biz Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işinin davam etdirilməsinin tərəfdarıyıq. Delimitasiya prosesinin başlanılması Azərbaycan və Ermənistan arasında sərhədyanı ərazilərdə insidentlərin dayandırılmasına töhfə vermək məqsədi daşıyır. Rusiya tərəflərin müraciəti əsasında lazımi məsləhətçi yardımı göstərəcək”, - məlumatda vurğulanıb.
AzVision.az
Teqlər: